Bakıda bir oğlanı qətlə yetirən, bacısını isə yaralayan şəxsin görüntüsü yayılıb. Report həmin şəxsin – Rasim Mustafayevin görüntüsünü təqdim edir. Qeyd edək ki, hadisə fevralın 16-da saat 19:10-da Bibiheybət qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev sərxoşluq zəminində 1991-ci il təvəllüdlü Elvin Hüseynlini bıçaqla qətlə yetirib və bacısı 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə ağır bədən xəsarəti vurub. O, DİN Təhlükəsiz Şəhər Xidməti, Səbail Rayon Polis İdarəsi (RPİ) 8-ci Polis Bölməsi (PB), Sabunçu RPİ 13-cü PB, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə müəyyən olunaraq tutulub.