ABŞ-da 12 yaşlı iki qız uşağı sinif yoldaşlarını 19 dəfə bıçaqlayaraq öldürməyə çalışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il baş vermiş dəhşətli hadisə ilə əlaqədar hakim qarşısına çıxarılan uşaqların 60 il həbs cəzası alması tələb olunur.
Morqan Geyser və Anissa Veier sinif yoldaşları Payton Leutneri öldürməyə cəhd etməkdə ittiham olunurlar. Hələ 12 yaşında olan uşaqlar əgər yetkin yaşda olsaydılar 60 il həbs cəzası alacaqdılar.
Ötən ilin may ayında sinif yoldaşlarını 19 dəfə bıçaqlayaraq öldürməyə çalışan qızların psixoloji problemləri olduğu, hətta fərqli bir dünyanın varlığına inandıqları və ona görə yaşadıqları iddia edilir. Morqan Geyserlə bağlı dəhşətli təfərrüatlar da üzə çıxıb. 12 yaşındakı qızın dəftərlərinə daim “İnsanları öldürməyi sevirəm” yazdığı və cinayətlə bağlı şəkillər çəkdiyi məlum olub.
Bir yetkin kimi davranıb cinayət törətməyə çalışan qızların alacağı cəza indi maraqla gözlənilir.