Bakıda 17 yaşlı qız zorlandı (TƏFƏRRÜAT)

19-02-2015, 16:28   
Bakıda 17 yaşlı qız zorlandı (TƏFƏRRÜAT)
Bakının Qaradağ rayonunda 17 yaşlı qız zorlanıb. Yeniyetməyə təcavüz edən isə onun qardaşının qayınatası olub. Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumaat görə, bu barədə qızın valideynləri şikayət ediblər.

Edilən şikayətə əsasən qız may ayın 1-də yaşadığı Ələt qəsəbəsində evərində qohumları, 1967-ci il təvəllüdlü Əlifağa Bayramov tərəfindən zorlanıb. Kişi qızı zorlayan zaman vəhşicəsinə döyüb. Hadisə baş verə zaman qız evdə tək olub.

Qeyd edək ki, 17 yaşlı qızın qardaşının qaynatası Əlifağa Bayramov atası ilə birlikdə fəhləlik edir. Qızı zorlayan Əlifağa Bayramov həmin gün onlarda qalıb. Mayın 3-də isə səhər satlarında onu təkrar zorlayıb.

Bundan sonra, qıza hədə-qorxu gələrək bildirib ki, əgər bu barədə kiməsə desə, onun başını kəsib kimsəsiz yerə atacaq.

Bundan bir neçə ay sonra, yay aylarında Əlifağa Bayramov yenə qohumlarının evinə gəlib. Sonradan isə 17 yaşlı qızı Salyan rayonuna aparıb. Evdəkilərə isə qohumu olan yeniyetmənin istirahət etməsi üçün apardığını deyib. Lakin o gənc qıza qarşı zorakılığını Salyanda da davam etdirib.

Qeyd edək ki, Əlifağa Bayramov ilə həmin ailə 2013-cü ildə qohum olublar.

Hazırda onun tutulması istiqamətində əməliyyat aparılır.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.