Bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində paytaxtda “Neftçi” ilə “Qarabağ” komandaları üz üzə gəlib. Publika.az xəbər verir ki, derbi bitdikdən sonra azarkeşlər arasında kütləvi dava düşüb. Dvaya "Neftçi" azarkeşlərinin səbəb olduğu deyilir. “Neftçi” azarkeşlərinin “Qarabağ” azarkeşlərinə daş atması nəticəsində 2 azarkeş yaralanıb. Bir neçə “Neftçi” azarkeşi isə polis tərəfindən saxlanılıb. Azarkeşlərin polis avtomobilinə də ziyan vurduğu bildrilir.