Cəmil Həsənlinin qızı həbs olundu- 1 il yarım

22-02-2015, 14:02   


Yasamal Rayon Məhkəməsi Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

AzNews.az saytı xəbər verir ki, bu məlumatı öz facebook səhifəsində Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev yayıb.

Xəbərdə deyilir ki, məhkəmə Günel Həsənlini ötənilki avtoqəza olayı ilə bağlı cəzalandırıb.

Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da özünə məxsus “KİA” markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.