Bakıda xuliqanlıq hadisəsi baş verib.
“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, A.İsmayılov küçəsi 10 ünvanının qarşısında 1965-ci il təvəllüdlü Şahmuradov Bulud Tanrıverdi oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. Bu zaman həmin şəxs bıçaqla B.Şahmuradova xəsarət yetirib, bıçaqla onun baş barmağını kəsib. Yaralıya 3 saylı təcili tibbi yardım stansiyasında tibbi yardım göstərilib.
B.Şahmuradovun sözlərinə görə, ona xəsarət yetirən şəxs “QazEL” markalı avtomobillə hadisə yerindən uzaqlaşıb.