Qadın hər şeyi içinə atar, üst-üstə yığar, ürəyinin bir tərəfi çökər, heç bir şeyi biruzə vermədiklərini zənn edərlər, ancaq gözlərinə baxmaq onları anlamağa yetər!
Ailem.az “Qadın simasındakı dünya əzabı” fotolayihəsinə daxil olan fotoları təqdim edir.
Qaraçı gecəqondusunda yaşayan 26 yaşlı Pakistanlı Rüqeyya Pərvin. Əri Pərvin və uşaqları yatılı olan zaman onun üzünə turşu tökərək yandırıb. Pərvinin dediklərinə görə, qonşuları ondan uzaq gəzirlər. Təkcə xarici görünüşünə görə deyil, ərini bu cür vəhşiliyə vadar edən pis bir hərəkət etdiyini düşündükləri üçün.
Qaçqın Maria Mala yeni doğulmuş oğlu Namadi ilə birgə islam radikal qrupu tərəfindən evindən qovulan qaçqınlar kimi küçələrdə yaşayır.
Fotolarda İslamabadda Aşura günü İmam Hüseynin çəkdiyi əzaba ağlayan qadın, evindən zorla çıxarılan kambocalı yaşlı qadın, Taliban qruplaşmasının əlinə düşən 500 şagird və müəllim üçün dua edən gənc qız, Afina parlamenti qarşısında aclıq edən qaçqınlar, oğulları və əri həbs edilən misirli qadın da əks olunub.