[media=https://www.youtube.com/watch?v=VLhfb8zNFic]
Ukraynada “Avromaydan”ın ildönümü ilə bağlı keçirilən yürüşdə terror aktını törədənlər yaxalanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov xəbər verib:
"Artıq partlayışın 4 iştirakçısı saxlanılıb, onlardan silah, o cümlədən, qumbaraatan götürülüb. Hazırda antiterror əməliyyatı davam edir" - deyə Turçinov qeyd edib.
Turçinovun bu sözlərini əməliyyat videosu da təsdiqləyir. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti, terror aktını törətmiş qrupun Rusiyanın Belqorod şəhərində təlim keçdiyini bildirib.
Qeyd edək Ukraynada Maydan hərəkatının və Viktor Yanukoviç hakimiyyətinin devrilməsinin 1-ci ildönümü ilə əlaqədar keçirilən mitinqdə partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb. Ölənlərdən biri polis əməkdaşıdır.
Xarkov Vilayət Prokurorluğu faktla bağlı terror aktı maddəsi ilə cinayət işinə başlayıb.