Ötən gün Bakı bulvarında gərgin anlar yaşanıb. ANS PRESS-in hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, hadisə Park Bulvar yaxınlığında qeydə alınıb.
Verilən məlumata görə, axşam saat 21:50-də bir nəfər dənizə yıxılıb. Hadisə şahidləri dərhal bu barədə Bulvar İdarəsinin mühafizəçiləri tərəfindən sudan çıxarılıb.
İlkin ehtimala görə, həmin şəxs özünü öldürmək məqsədilə suya atılıb.
Hadisə yerinə polis çağırılıb. Kimliyi məlum olmayan 35 yaşlı kişi təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Xəstəxanadan verilən məlumata görə, hazırda həmin şəxs reanimasiya şöbəsinə yerləşdirilib. Huşu özünə gəlib. Lakin kimliyi və nə səbəbə suya yıxılmağı barədə heç bir məlumat verməyib. Onun həyatı üçün təhlükə sovuşub.