Ötən gün axşam saatlaırnda Cəlilabadda baş verən ağır yol qəzasında 3 nəfər ölüb 2 nəfər isə yaralanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 122 ci km-nin Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində baş verib.
Masallı rayon sakini 1977-ci il təvəllüdlü Elmar Adil oğlu Ələkbərov idarə etdiyi “Froland” markali kiçik tutumlu yük avtomobililə Astara istiqamətinə hərkətdə olarkən qarşı tərəfdən gələn Masallı rayon sakini 20 yaşlı Aslan Azər oğlu İsmayılzadənin sükanı arxasında olduğu "Mercedes"lə toqquşub.
Qəza zamanı “Mersedes”in sürücüsü və sərnişinləri – 1986-cı il təvəllüdlü Cəlal Alim oğlu Məhərrəmov və 1987-ci il təvəllüdlü Zamin Abdulla oğlu Abdulayev hadisə yerində dünyasını dəyişiblər.
Avtomobildə olan Digər 2 sərnişin Masallı rayon sakinləri Kamran Şükürov və Cəlal Məhərrəmov yaralı halda Cəlilabad mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Hazırda onların vəziyyəti ağır olaraq qalır.
İkin Ehtimala görüə qəzaya yolun buzlu və sürüşkən olması səbəb olub.
Faktla bağlı araşdırma aparıılr.