NATO-dan Rusiyaya güc nümayişi: sərhəddə hərbi parad FOTO

25-02-2015, 17:31   


NATO hərbi alyansın üzvləri olan Böyük Britaniya, İspaniya, Niderland, Latviya, Litva, Estoniya və ABŞ-ın hərbçiləri Rusiya sərhədinin 300 metrliyində hərbi parad keçirdilər.

ABŞ-ın hərbi texnikası Rusiya Federasiyası ilə sərhəd olan Estoniyanın Narva şəhərinin küçələri ilə hərəkət edib. Parad Estoniyanın müstəqillik günündə reallaşıb.

Böyük Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, parad Moskva tərəfindən gözlənilən təhlükələrə qarşı birliyin nümayişidir.

Paradın keçirildiyi yerin seçimi isə simvolik hesab edilir. Narva şəhəri Rusiya ilə sərhəddə yerləşir. Rusiyanın Baltika respublikalarına hücum edəcəyi halda şəhər potensial hədəf hesab olunur. Şəhər sakinlərinin əksəriyyəti etnik ruslardır.

Qeyd edək ki, fevralın 19-da Latviya, Litva və Estoniyanın müdafiə nazirləri üç respublikanın vahid məsləhətçi hərbi mərkəzinin – Baltika Birləşmiş Qərargahının yaradılması barədə müqavilə imzalayıb (publika.az).






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.