Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar saxlanıb.
ANS PRESS-in məlumatına görə, Dənizlidə aparılan araşdırmalar zamanı fahişəlik etdikləri müəyyən edilmiş 28 əcnəbi qadın və onlara "zorla fahişəlik etdirdiyi" iddia edilən 7 nəfər ələ keçirilib.
Dənizli Jandarması tərəfindən aparılan əməliyyatlarda bir çox ünvanlar təqib edilib. Məlum olub ki, qadınları fahişəliyə məcbur etməkdə şübhəli bilinən şəxslər nağd pulu olmayan müştərilərə kredit kartı ilə xidmət göstəriblər.
Fahişəlik edən qadınlar Gürcüstan, Azərbaycan, Rusiya Federasiyası və Türkmənistan vətəndaşları olub.
Şübhəlilərin qaldığı evlərdə aparılan axtarışlar zamanı 3 sənədsiz tapança, 8 ov tüfəngi, xarici ölkə vətəndaşı olan qadınlara aid borc sənədi və qadınlara aid pasport ələ keçirilib.
Faktla bağlı istintaq başladılıb.
Mənbə
ANS PRESS