Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsindən sonra həyata keçirilən xilasetmə işlərinin görüntülərini yayıb.
Xatırladaq ki, hadisə fevralın 27-də saat 01.00 radələrində qeydə alınıb. Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcına vurub. Nəticədə maşında olan sərnişinlərdən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb, sürücü və digər 4 sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilaseetmə Xidmətinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü və daha 4 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bir nəfərin meyiti isə əzilən maşından çıxarılaraq ekspertizaya göndərilib.