Bankların dollar fırıldağı – müştərilərə qarşı gizli plan

27-02-2015, 22:07   
Bankların dollar fırıldağı – müştərilərə qarşı gizli plan
Dolların bahalaşmasından istifadə edən banklar plastik kart müştərilərini aldatmağa başlayıb.

Bununla bağlı AzNews.az-a bir neçə müştəri müraciət edib. Ramin Qasımov adlı şəxs “Bank of Baku”ın “Bolkart” istifadəçisidir. O, 18.02.15 tarixində internet vasitəsilə əməliyyat edib, ancaq 3 gün sonra görüb ki, pul onun hesabından yeni məzənnə ilə çıxılıb: “18.02.15 tarixində İnternet üzərindən edilmiş əməliyyat Bolkart sisteminə 21.02.2015 tarixində yeni məzənnə ilə işlənib. Niyə və hansı səbəbə görə? Bax bu suala mən heç cür cavab ala bilmirəm. Nə məsələyə aydınlıq gətirən var, nə də həmin fərqi aradan qaldıran”.

Nəsimi Babayev adlı müştərinin də şikayəti də eyni məzmunludur: “Mən 18 fevral tarixində 208 dollar dəyərində online alış-veriş etmişəm. Xatırladım ki, həmin tarixdə dolların məzənnəsi 0.785 manat idi və mənim balansımdan 164 manat çıxılmışdı. Amma bu gün “Bolkart” şəxsi kabinetimdə baxıram ki, 208 dollar vəsait yeni məzənnə ilə hesablanıb və balansımdan 219 AZN çıxılıb. Nəyə görə?”.
Bankın fırıldaqçılığı ilə üzləşən müştərilər işbazları məzənnə dəyişikliyindən istifadə etməkdə, bankları isə öz xeyirlərinə ağıllarına gələn qərarlar verməkdə və insanları incitməkdən çəkinməməkdə ittiham edir. Şikayətçilər məsələ ilə bağlı bankın 145 məlumat mərkəzi ilə əlaqə saxlayıb və Bolkartın rəsmi Facebook hesabında yazıblar.

“Bank of Baku” məsələylə bağlı AzNews.az-ın sorğusuna cavab verib. Cavabdan dəqiq heç nə başa düşülməsə də, onu oxuculara olduğu kimi təqdim edirik: “Kart hesabının valyutasından fərqli valyutada xaricdə aparılan əməliyyatlar üzrə mübadilə kursu bu əməliyyat üzrə klirinq aparılan tarixdə kartın hansı ödəniş sisteminə aid olmasından asılı olaraq, Visa və ya MC beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə əsasında aparılır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar