Azərbaycanlılar rus banklarına basqın etdi

28-02-2015, 11:05   
Azərbaycanlılar rus banklarına basqın etdi
Moskvada banklara üç silahlı basqın hadisəsi baş verib. Canilər yarım milyon rubl oğurlayıblar. Quldurluqla məşğul olan dəstə artıq yaxalanıb. Report xəbər verir ki, Volqoqrad vilayəti sakinləri və Azərbaycan əsilli şəxslər tapança və bıçaqdan istifadə edərək kredit-maliyyə müəssisələrinə basqın ediblər. Onlar əvvəlcə xəzinəni açmağı tələb ediblər, sonra isə nağd pulları götürərək avtomobil ilə hadisə yerindən uzaqlaşıblar. Yekunda, elə maşın onların yerini bəlli edib. "Əməliyyat-axtarış tədbirləri zamanı, Moskva Cinayət Axtarış İdarəsinin 18-ci bölməsinin xəfiyyələri, İzmaylovski şosesində yerləşən 57 saylı evin qarşısında cinayətkarların yararlandıqları avtomobili aşkar ediblər. Baxış zamanı maşının salonundan qaz və pnevmatik tapançalar aşkar edilib", - deyə bölmənin mətbuat katibi Marqarita Maslova bildirib. Hazırda saxlanılan şəxslərin digər silahlı basqınlarda iştirakı yoxlanılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.