Türkiyədə 9 yaşındakı uşağa təcavüzə etməyə çalışan şəxs saxlanılıb.
ANS PRESS-in məlumatına görə, hadisə Osmaniye şəhərində baş verib. Şəhər sakini, 26 yaşlı M.K. məhəllədə oyun oynayan və adı açıqlanmayan 9 yaşındakı qız uşağını aldadaraq kənar yerə aparıb. Gənc oğlan balaca qıza təcavüz etməyə çalışıb.
İstəyinə nail ola bilməyən M.K. daha sonra uşağı buraxıb. Uşağın vəziyyəti ailəsinə söyləməsindən sonra balacanın valideynləri M.K.-dan şikayətçi olub.
Polis kiçik bir əməliyyatla gənc oğlanı ələ keçirib. Daha sonra məhkəməyə çıxarılan M.K. hadisə barədə danışıb. O bildirib ki, uşağı öldürmədiyimə dua etsinlər: "Oldu bir dəfə. O da küçədə tək başına dolaşmasaydı", - deyə M.K. söyləyib.
Qeyd edək ki, məhkəmə gənc oğlana "körpə uşağı cinsi istismar" maddəsi ilə ittiham edib və haqqında həbs qərarı verib.
Mənbə
ANS PRESS