Bu gün Qazax rayonunda dəhşətli qətl törədilib.
“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, Qazax şəhərinin mərkəzində, Əliağa Şıxlinski küçəsində 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızı güllələnərək qətlə yetirilib. Hadisənin kim tərəfindən, hansı səbəbdən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.