Boris Nemtsovun qətlə yetirildiyi ərazidə olan bəzi videomüşahidə kameralarının hadisədən əvvəl söndürüldüyü ortaya çıxıb.
APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, qətlin törədildiyi Moskvoretsk körpüsünə baxan bir sıra kameralar təmir səbəb göstərilərək söndürülüb.
Hadisədən sonra yalnız bir kameranın görüntüləri yayılıb. Lakin həmin görüntülərdə konkret atəş anı yoxdur və həmin an oradan keçən bir avtomobil olay yerinin görünməsinin qarşısını alır.
Qeyd edək ki, istintaq qətlin qeyri-peşəkarlar tərəfindən törədildiyini güman edir.