Şimlai Koreya Cənubi Koreyanı raket atəşinə tutdu - Son dəqiqə

2-03-2015, 14:59   
Şimlai Koreya Cənubi Koreyanı raket atəşinə tutdu - Son dəqiqə
Cənubi Koreyanın ABŞ-la birgə həyata keçirdiyi hərbi təlimlərə reaksiya verən Şimali Koreya təlimlərin keçirildiyi bölgəni vurmaqla tərəfləri hədələmişdi.

Avropa.info xəbər verir ki, Şimali Koreya rəhbərliyi məsələnin ciddiyyətini göstərmək üçün dünən iki raket atəşi açıb. Ölkə rəhbərliyinin bundan sonra hansı addımlar atacağı isə heç kimə məlum deyil.

Mətbuatda yayılan xəbərlərdə Şimali Koreyanın iki ölkə arasında keçirilən hərbi təlimlərə reaksiya olaraq iki qısa mənzilli ballistik raket atıb.

Cənubi Koreyanın müdafiə nazirliyi səhər saatlarında atılan raketlərin Skad tipli raketlər olduğunu ehtimal edir. Nazirliyin açıqlamasında raketlərin ölkənin cənubundakı Nampho limanı üzərindən keçərək şərq istiqamətidə limandan 490 kilometr uzaqlıqda dənizə düşdüyü bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.