Bakıda yaşayan homoseksual qaldığı evdə öldürülüb.
ANS PRESS-in “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-i saat 23 radələrində baş verib.
Cinsi azlıq nümayəndəsi olan Şəmkir rayon sakini 1987-ci il təvəllüdlü X.V çoxsaylı bıçaq xəsarəti alıb.
Onun meyiti A.Heydərov küçəsində kirayədə yaşayan evdə aşkarlanıb.
Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi tərəfindən araşdırmalar aparılır.
Mənbə
ANS PRESS