Tələbələr kütləvi intihara cəhd etdilər

3-03-2015, 22:58   
Tələbələr kütləvi intihara cəhd etdilər
Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau şəhərində kütləvi intihara cəhdlə bağlı araşdırma aparır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Aktaudakı kolleclərdən birinin eyni mənzildə yaşayan 5 tələbəsi 50 ədəd "Paratsametol" həbi qəbul edərək özlərini öldürməyə cəhd ediblər. Onların hamısı xəstəxanaya yerləşdirilib, orada mədələri yuyulduqdan sonra evə buraxılıblar. Məlum olub ki, tələbə qızlardan biri münasibəti olduğu cavan oğlanla mübahisə etdikdən sonra intihar etmək qərarına gəlib. Qalan tələbələr də onunla həmrəylik nümayiş etdirərək dərman qəbul ediblər.

Qızların təhsil aldığı kollecin direktoruunun sözlərinə görə, tələbələri intihara cəhdə məcbur edən evli qızlardan biri ola bilər. O deyib ki, faciə baş verən gün naməlum qadın tələbələrin yaşadığı mənzilə soxulub qışqıraraq onları bütün aulda biabır edəcəyi ilə hədələyib.

Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.