Məhkum ağzını tikərək müddətsiz aclığa başlayıb - ETİRAZ

4-03-2015, 15:58   
Məhkum ağzını tikərək müddətsiz aclığa başlayıb - ETİRAZ
1 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşən Paşayev martın 2-də ağzını tikərək müddətsiz aclığa başlayıb. O, cəzaçəkmə müəssisəsində təzyiqlərə və qeyri-insani rəftara məruz qalmasına etiraz edir. Bu barədə Turan agentliyinə məhbusun anası Lida Mirzəliyeva məlumat verib.

“Oğlum öyrədilmiş məhbuslar tərəfindən fiziki, mənəvi təzyiqlərə, qeyri-insani rəftara məruz qalır. Durduğu yerdə oğlumu itələyirlər, üzünə tüpürürlər, təhqiredici söyüşlər söyürlər. İstəyirlər ki, oğlum onlara cavab versin və şərləyib cinayət işi qaldırsınlar”, - o qeyd edib.

E.Paşayev CM-in qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib.

E.Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilıə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xasiyyətnamə verməyib.

L.Mirzəyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. Meyitxananın kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb. Müxtəlif instansiyalara şikayətlər etmişəm. Şikayətim nəzərə alınmır”, - o qeyd edib.

Öz növbəsində Penitensiar Xidmət Turan-ın sorğusuna cavabda bildirib ki, adı çəkilən məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciıt etməyib. “Məhkum Elşən Paşayevin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”, - cavabda deyilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.