ANS TV-də yayımlanan "Şəbəkə" verilişinin "Facebook" səhifəsi qalmaqallı fotolar paylaşılıb.
ANS PRESS-in məlumatına görə, yayılan məlumatlara görə Bakıda çoxlu sayda sahibsiz küçə itləri öldürülür, sonra isə onların cəsədləri yandırılır. Bu faktı özündə əks etdirən video görüntülər də yayılıb. Görüntülərin Bakıda çəkildiyi bildirilir. Bəzi mənbələr qeyd etdi ki, sahibsiz küçə itləri Avropa oyunları ilə əlaqədar olaraq yığışdırılır.
Verilişin əməkdaşları videonu çəkən qadınla əlaqə qurub. Yelena Simakina adlı milliyətcə rus olan Azərbaycan vətəndaşı bizimlə söhbətində bunları dedi: "Kadrları 1 həftə əvvəl Balaxanıda çəkmişəm. Mən ilk dəfə keçən yay oranı tapdım. Sahibsiz itləri ora gətirib orda məhv edirlər. Bu demək olar ki, hər gün baş verir. Sırf Avropa oyunları ilə bağlı deyil. İnsanlar zəng edərək sahibsiz itlərdən şikayətlər edir, aidiyyatı qurumlar da itləri tutub öldürürlər."