FaktXəbər-in verdiyi məlumata görə, Amerikanın Sietl şəhərində yaşayan 8 yaşlı Qabim Mann mütəmadi olaraq kiçik və çox qeyri adi hədiyyələr qazanır. Qızcığaz onların hər birini saxlayır, çünki hədiyyələr xüsusi dostlardan – bu ətrafda yvaşayan qarğalardandır. Quşlar ona parıldayan hər bir şeyi gətirirlər, səbəbi isə qızcığazın 4 yaşından etibarən onları yemləməsi olub.
Qabinin kolleksiyasında müxtəlif düymələr, konsruktorlar, dəmir parçaları, hətta ürək formasında şariklər var. Qarğalar hətta ona bir dəfə üzərində «ən yaxşı» yazılan dəmir parçası da hədiyyə ediblər. Əlbəttə, bəlkə də bütün bunların maddi cəhətdən bir qəpik dəyəri yoxdur, ancaq bütün bunlar Qabi üçün çox dəyərlidir.