Cənubi Afrikada yüz illərdir ki, yerli qəbilələrdən bir çox qəribə bir ənənəni yaşadır. ANS PRESS-in məlumatına görə, Zulular qəbiləsi hər il qəribə bir şənlik keçirir. Belə ki, burada hər il gənc qızlar birlikdə rəqs edərək bakirəliklərini qorumalarını qeyd edirlər.
Stadiona toplaşan gənc qızları yaşlı qadınlar xüsusi müayinədən keçirirlər. Burada yalnız qadınlar və qızlar iştirak edirlər. Bakirəliyi müəyyən edilən qızlara diplomlar verilir. Digərlərinə isə gənc yaşda cinsi əlaqənin zərərləri və tutula biləcəkləri xəstəliklər haqqında məlumat verilir.
Şənliyə qatılan qızlar bu diplomların toy günü həyat yoldaşları üçün ən gözəl hədiyyə olduğunu deyirlər.
Ümumiyyətlə, Zulular ailə qurmazdan əvvəl cinsi münasibətə qarşıdırlar. Həmçinin bu ənənənin müasir dövrdə QİÇS kimi ölümcül xəstəliklərin qarşısının alınmasına, atasız doğulan uşaqların sayının azalmasına müsbət təsir edəcəyi bildirilir.