Tələbə qızı zorlayanı həbsxanadan qaçırdılar və... - FOTOLAR (18+)

6-03-2015, 15:00   

Tələbə qızın zorlanmasında şübhəli bilinən şəxsi ələ keçirmək üçün həbsxanaya hücum edən kütlə niyyətinə çatıb.

Bu adamı idarədən çıxaran kütlə onu lüt soyundurub, 7 kilometr sürüyüb və ölənədək döyüb, daşqalaq edib. Milli.Az The İndian Express-ə istinadən bildirir ki, olay Hindistanın Naqaland bölgəsindəki Dimapur şəhərində yaşanıb.

İşlənmiş avtomobil satışı ilə məşğul olan 35 yaşlı bu şəxs ötən ay yerli kollecin tələbələrindən biri olan qızı zorlamaqda suçlanırdı. Öldürülən şəxs banqladeşli miqrant, 35 yaşlı Sayed Fərid Xandır. O, 20 yaşlı tələbə qızı fevralın 23 və 24-də zorlamaqda suçlanır. Fərid Xan fevralın 25-də həbs olunmuşdu.

Yerli polis idarəsinin rəisi Meren Camirin dediyinə görə, həbsxanaya 4 mindən artıq yerli sakin hücum edib.
"Sayed Fərid Xan amansızlıqla döyülüb və daşqalaq olunub. O, aldığı yaralardan həlak olub. Karimanc Assam bölgəsindən olan bu adam əvvəllər də təcavüzdə şübhəli bilinmişdi", - Meren Camir söyləyib.

Həbsxanaya hücum edən kütləni dağıtmaq üçün polis havaya atəş açıb, gözyaşardıcı qazdan istifadə edib. Onlarla dimapurlunun yaralandığı bildirilir.



Tələbə qızı zorlayanı həbsxanadan qaçırdılar və... - FOTOLAR (18+)



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.