Türkiyənən Adana şəhərində orta məktəb şagirdi 16 kişi tərəfindən zorlanıb.
ANS PRESS-in məlumatına görə, 16 yaşlı məktəb şagirdi ilk dəfə Facebook-da tanış olduğu gənc tərəfindən təcavüzə məruz qalıb.
Qız ilk öncə sosial şəbəkədə 22 yaşlı Can.Ç. adlı oğlanla tanış olub. Bir müddət sonra onlar görüşüblər. Oğlan qızı kimsəsiz yerə apararaq zorlayıb. O, bu hadisəni telefon vasitəsilə çəkərək sosial şəbəkələrdə dostlarına göndərib.
Bu görüntüləri əldə edən bir neçə kişi də məktəbli qızı şantaj etməyə başlayıb. Onlar qıza intim münasibətdə olmasa, bu görüntüləri Facebook, Twitter və başqa sosial şəbəkələrdə yayacaqarını bildiriblər.
Məktəbli qız onu təhdid edən 16 şəxslə müxtəlif vaxtlarda intim münasibətdə olub. Lakin bu təhdidlərin ardı-arsı kəsilməyib.
Qız olanları sinif rəhbərinə danışıb. Daha sonra valideynləri məlumatlandırılıb. Valideynlər dərhal polisə şikayət edib. Polis əməliyyat keçirərək, qızı zorlayanlardan bəzilərini tutub. Saxlanılanlardan 22 yaşlı Orkun K., 21 yaşlı Uğur S., 21 yaşı Kaan S., 19 yaşlı Eyüp Ç., 24 yaşlı Engin K., 21 yaşlı Halil İbrahim G., 17 yaşlı A.K. ve 17 yaşlı E.C.D. həbs edilib. Onlar məhkəməyə təhvil veriliblər.
Saxlanılanlardan biri gülümsəyərkən kameralara tuş gəlib. Onun bu hərəkəti sosial şəbəkələrdə qınağa səbəb olub.
Qeyd edək ki, məktəbli qızı ilk zorlayan Can Ç. Isə hələlik saxlanılmayıb. Polis həmin şəxsin axtarışlarına başlayıb.