Balaxanıda evə basqın edən şəxslər isə qonşular tərəfindən döyülüb.
ANS TV-nin məlumatına görə, Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 4, ev 5 ünvanına soxulan şəxslər ev yiyəsi 58 yaşlı Naruzə Məmmədovadan pul və qızıl-zinyət əşyalarını tələb ediblər. Dul və bir övladı ilə həmin ünvanda yaşayan qadın onlara müqavimət göstərmə çalışıb. Amma evə tək olan qadın həmin şəxslərə heçnə edə bilməyib. Nəticədə isə Naruzə Məmmədova evə soxulan şəxslər tərəfindən döyülüb.
Zərərçəkənin qardaşı Vüqar Məmmədov qadının boğazına bıçaq dirəyərək ondan pul istədikləri deyir. Qadın isə cəmi 2500 manat pulun olduğunu deyir. Oğrular isə qadının sələmə pul verdiyini deyərək daha çox pul tələb ediblər.
Evdə səs-küyü eşidən Naruzə Məmmədovanın qonşuluqda yaşayan qohumları onun evinə gəliblər. Qadının mobil telefonunu əlindən alan basqınçılar, evdəki telefon aparatının kabelini kəsiblər.
Amma həytdə adamların çox olduğunu görən, oğrular, sonda əldə etdikləri qənimətlə evdən qaçmaq istəyiblər. Qapıdan çıxarkən isə, zərəçəkənin qohumları onlardan birinə bellə zərbə endirib. Amma bu da onları zərəsizləşdirməyə kömək etməyib.
Zərərçəkənin qohumu Baxış Məmmədov evdən çıxan oğruların birinə bellə vurduğunu, digərini isə yerə yıxaraq tutduğunu deyir. Amma sonda oğru Baxış Məmmədova bıçaqla zərbə ednirib və qaçıb. Zərərçəkənin qohumu oğrunu tanımadığını bildirdi.
Hazırda yaralı 3 saylı xəstəxanada müalicə olunur. Hadisənin baş verdiyi ərazi polis tərəfindən müayinə də olunub. Lazımi əlbarmaq izləri götürülüb. Amma hələlik hadisəni törən şəxslərin kimliyi müəyyən edilməyib.