Norveçdə polis keçirdiyi əməliyyatla pedofil qrupu yaradan bir neçə şəxsi həbs edib. ANS PRESS-in “The Local”a istinadən verdiyi məlumata görə, polis qrup üzvlərini sosial şəbəkələrdə paylaşılan porno videonu izlədikdən sonra yaxalayıb.
Videonu izləyərkən məlum olub ki, bu Norveçdə çəkilib. Videoda 32 yaşlı kişi 2 aylıq körpə qızını zorlayırmış. Video çəkilərkən arxada televizorun səsi aydın eşidilib. Televizorda Norveç kanallarından birində xəbərlər gedirmiş. Xəbərlərin səsi videoya düşüb. Polis dərhal videonun çəkildiyi zamanı müəyyən edib. Daha sonra onun yayımlandığı elektron ünvan müəyyənləşib.
Qeyd edilən ünvana baxış keçirilərkən həmin videoda körpə uşağa qarşı seksual hərəkətlər edən şəxs müəyyən edilərək saxlanılıb.
Dindirilmə zamanı pedofil digər şəxslərin də adını polisə verib. Keçirilən əməliyyat zamanı 34 və 27 yaşlı kişilər saxlanılıb. Bundan başqa, 27 və 43 yaşlı iki qadın da tutulub. Araşdırılıb ki, həmin şəxslərdə azyaşlı övladlarını zorlayıblar. Onlar polisə verdikləri ifadədə doğma balaları ilə cinsi əlaqəda olmaqdan sövq aldıqlarını bildiriblər.
Polis hazırda pedofil qrupunun digər üzvlərini axtarırlar.
Mənbə
ANS PRESS