Dünən axşam saatlarında Malinin paytaxtı Bamakoda yerləşən gecə klubuna pulemyot və qumbaralarla hücum edilib. Axar.az “Röyter”ə istinadən xəbər verir ki, hücumda həlak olan 5 nəfər arasında Fransa və Belçika vətəndaşı da var. Məlumatda bildirilir ki, ölənlərin ikisi isə Bamakonun yerli sakinləri olub. Şahidlərin sözlərinə görə isə hücum “Allahu əkbər” şüarı altında həyata keçib. Fransa Prezidenti Fransua Olland isə bu hücumu “qorxaqların hücumu” adlandırıb.