Bakıda qətl hadisəsi başı verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Sabir Qurbanovun bıçaqla qətlə yetirilən meyiti mənzilində tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.
Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsinin əməkdaşları baş verən cinayəti araşdırmağa başlayıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş, onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS