Xalq artistinin keçmiş ərinin evində qətl- Təfərrüat+Foto

9-03-2015, 19:12   
Xalq artistinin keçmiş ərinin evində qətl- Təfərrüat+Foto
Martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verən qətlin təfərrüatları məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətl Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində baş verib.

Belə ki, qətlə yetirilən Sabir Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Yelena Maxrova X. İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Maxrova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.