Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoz
Martın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.