Hərbi nazirlər Putinə qarşı

12-03-2015, 15:37   
Hərbi nazirlər Putinə qarşı
ABŞ-ın müdafiə naziri Eşton Karter bu gün Pentaqonda Böyük Britaniyanın müdafiə naziri Mixael Fallon ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin rəsmi şəxsləri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanı yeni sanksiyalarla hədələyiblər.

Onlar deyiblər ki, əgər Rusiya Ukrayna münaqişəsi ilə bağlı Minsk razılaşmalarını pozsa, ona qarşı növbəti sərt addımlar atılacaq.

E.Karter söyləyib ki, ABŞ-ın Ukrayna böhranında mövqei əvvəldən bəllidir: "Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Açıq şəkildə bildirmişik ki, əgər Rusiya Minsk razılaşmalarının şərtlərini pozsa ona dəyən ziyan artacaq. Bu, avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla əlaqələndirilmiş sanksiyalar yolu ilə olacaq."

M.Fallon isə diqqətə çatdırıb ki, Avropa, ABŞ və NATO bu məsələdə kəskin mövqeyə sahibdir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar