Qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun qızı Janna BBC-yə geniş müsahibə verib. Axar.az xəbər verir ki, müxalif liderin övladı bu cinayət üçün siyasi məsuliyyəti Rusiya prezidentinin üzərinə qoyub. Borisin dəfnindən sonra Janna Nemtsova xaricə yollanıb və onun BBC-yə müsahibəsi İtaliyada yazılıb. Müsahibədən ən maraqlı parçaları təqdim edirik: “O, Putinlə mübarizə aparıb, başqa heç kəslə yox. Onlar mənim atamı öldürüb, mən susa bilmərəm. Mənim bu, necə deyərlər, araşdırmaya heç inamım yoxdur. Mən bilirəm ki, bəzi Qərb siyasətçiləri – bunun nə qədər ciddi olduğunu deyə bilmərəm – beynəlxalq araşdırma keçirmək istəyirlər. Məncə, yəqin bu düzgün olar, çünki Rusiyada haqq-ədalət, müstəqil məhkəmə və heç bir müstəqil araşdırmalar yoxdur. O ki, Zaur Dadayev Moskvanın mərkəzində, xüsusi keşik çəkilən bir zonada, qətl zamanı nədənsə hansısa kameralar işləmədiyi yerdə, bax burada o, atamı öldürüb – yox, mən buna inanmıram. Hətta bilavasitə icra edən belə o olsa, nədən birdən-birə onun beyninə belə bir ideya gəlib – Nemtsovu öldürmək... Motivi nədir? Mən motiv görmürəm”, - Janna Nemtsova mülahizə yürüdür. Onun fikrincə, cinayətin dini zəmində törədildiyinə dair istintaqın versiyası da tənqidə layiq deyil: “Boris Nemtsova Çeçenistanda hörmət edirdilər, onun Dağıstanda, İnquşetiyada hörməti olub. O, Çeçenistanda müharibəni dayandırmağa kömək edib. Mən ümumiyyətlə təklif edərdim ki, bütün dövlət telekanallarının rəhbərləri informasiya terrorçuluğuna görə sanksiyalar siyahısına daxil edilsin. Onların hər gün insanların başına axıtdığı, nəticədə dünyanın tamamilə təhrik olunmuş mənzərəsi yaradılan, yalanlarına görə. Mən hesab edirəm ki, onlar cavab verməlidir və əminəm ki, belə də olacaq. Kulistikov - NTV-nin başçısı, Dobrodeyev – “Rossiya” kanalının rəhbəri, Ernst – Birinci kanalın rəhbəri – onların hamısı Ukraynada hərbi münaqişənin qızışdırılmasında bilavasitə iştiraklarına görə sanksiya siyahısına daxil edilməlidir”. Janna əlavə edib: “Bilisinizmi, mən həmişə pessimist olmuşam. Lakin bu qətl mənim bütün həyatımı alt-üst elədi. Ona görə yox ki, mən müəyyən illüziyalar bəsləmişəm. Lakin mən, bunun prinsipcə mümkün olmasını düşünməmişəm. Hələ də inana bilmirəm ki, atamı öldürüblər”.