Çexiya Rusiyanın üç diplomatını ölkədən çıxarıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı RİA-Novosti agentliyi yayıb. Məlumatda onların ölkə ərazisində casusluq fəaliyyəti ilə məşğul olduğu bildirilib: “Çexlər rus diplomatlarının ölkədən səs-küysüz getməsinə şərait yaradıblar. Çexiya diplomatiyası konfliktin böyüməməsi üçün rus diplomatlarını qovmaq əvəzinə onların ölkədə qalmaq müddətini uzatmaqdan imtina edib. Bununla da Moskvanın keçirməli olduğu əməliyyat uğursuzluqla nəticələnib”.