Ailə şokda - 7 həftəlik körpə danışdı (VİDEO)

12-03-2015, 17:26   
Ailə şokda - 7 həftəlik körpə danışdı (VİDEO)
Çox ailə körpələrinin tez danışması üçün əllərindən gələni edir. İrlandiyada isə bir neçə həftə öncə doğulan körpə ailəsini heyrətləndirə bilib.

ANS PRESS-in məlumatına görə, Killian adlı körpə Toni və Paul McCannin ailəsində dünyaya gəlib.
Körpə hələ həddindən çox kiçik olsa da "Salam" mənasına gələn "hello" sözünü deyə bilir.

"Daily Mail"də yer alan məlumata görə, körpənin ilk kəlməsini söyləməsi anası tərəfindən vide kamera ilə lentə alınıb. 36 yaşlı qadın görüntüləri internetdə yerləşdirib.

Ananın sözlərinə görə, Killiandan əlavə onun daha 3 qızı var. Sofi, Yeva və Elli adlı qızların heç biri bu qədər tez dil açmayıb.

Qeyd edək ki, mütəxəssislər və pedaqoqlar körpələrin 18 aylarına qədər danışmamasından narahat olmamağı məsləhət görürlər.
[media=https://www.youtube.com/watch?v=wPfNRv52gwk]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.