Putin niyə xəlvətə çəkilib?

12-03-2015, 19:34   
Putin niyə xəlvətə çəkilib?
Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) illik kollegiya iclasında iştirak etməyəcək.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, "Exo Moskvı" qəzetinin əməkdaşının sualına cavab verərkən bunu prezidentin gündəlik qrafikinin gərgin olması ilə əlaqələndirib.

"Adətən, iştirak edirdi. Bu il isə iclasda iştirakı planlaşdırılmadığı üçün prezident iclasda olmayacaq", - deyə Peskov bildirib.

Bundan başqa, mətbuat katibi Putinin ictimaiyyət içərisinə çıxacağı tarixi də deyə bilməyib.

Jurnalistlərin Putinin yaxın ictimai tədbirlər planı haqqında sualına isə Peskov belə cavab verib: "Onun daim görüşləri olur. Lakin onların heç də hamısı ictimai deyil. İndi gündəlik qrafik çox gərgindir. Bu isə böhranla və başqa səbəblərlə əlaqədardır. Hal-hazırda həm hakimiyyət, həm dövlət şirkətləri, həm də banklarla daim əlaqə saxlanılır. Sözsüz ki, buna da çox vaxt gedir".

Qeyd edək ki, Putin sonuncu dəfə martın 5-də İtaliyanın baş naziri Matteo Rentsi ilə görüşüb. Kremlin saytında yerləşdirilən məlumata görə, daha sonra Putin uşaqları uğur qazanan qadınlarla görüşərək bayramlarını təbrik edib. Lakin sonradan məlum olub ki, Putinin şəxsi operatoru həmin tədbiri əvvəlcədən lentə alıb. Ondan sonra Putin ictimaiyyət içərisində görünməyib. Rusiya prezidentinin Qazaxıstan və Belarus prezidentləri ilə planlaşdırılan görüşlərinin də təxirə salınması Putinin səhhətində problemlərin olması haqqında şayiələrin yayılmasına səbəb olub. Mətbuat katibi isə bu şayiələritəkzib edərək əsassız olduğunu bildirib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar