Qaçaq yollarla Bolqarıstana keçən yezidilər donaraq ölüb.
Musavat.com-un məlumatına görə, İŞİD-in zülmündən qaçan12 yezidi əvvəlcə Türkiyənin Ədirnə rayonuna gəlib. Ədirnədən Bolqarıstana piyada keçmək istəyən yezidiləri polislər Bolqarıstan sərhədində saxlayıb. Qaçaq yezidilər təkrar Türkiyəyə göndərilib. Yezidilər yaralı yoldaşlarını bellərində yarı yola qədər gətiriblər. Daha sonra qrupdan bir neçə nəfər taksi çağırmaq üçün Ədirnəyə gəlib. Bu dəfə isə qaçaq miqrantları türk polisi saxlayıb.
Məlum olub ki, Türkiyəyə gəlib çata bilməyən qaçaqlardan ikisi Bolqarıstan sərhədində donaraq ölüb.
Hacı Halo adlı yezidi bildirib ki, İŞİD zülmündən qaçsalar da bolqar polisinin zülmünə tuş gəliblər və yoldaşlarından ikisini itiriblər.
Gülnar