“Keçən il Krımdakı Ukrayna hərbi hissələrinin mühasirəsi əməliyyatı uğurla keçirilib”. Axar.az xəbər verir ki, bu sözləri RİA-Novosti-yə müsahibəsində 1991-1992-ci
illərdə Qara dəniz donanmasına rəhbərlik etmiş admiral İqor Kasatonov çıxış edib. O, məhz buna görə NATO kəşfiyyatının rus hərbçilərini vaxtında müşahidə etmədiyini bildirib: “NATO kəşfiyyatı nə mümkündürsə və qadağandırsa hamısını Krımdan qaçırmışdı. Uğurun əsas səbəblərindən biri qrupların toplaşması zamanı radiosəssizliyə riayət edilməsi, eləcə də Sevastopol bazası, Krıma hərbçilərin çatdırılması üçün hərbi nəqliyyat vasitələrindən düzgün istifadəsi idi”.