13 yaşında zorlanan gəlini qayınatası...

15-03-2015, 22:25   
13 yaşında zorlanan gəlini qayınatası...

Türkiyənin Nigde vilayətində 17 yaşlı İ.A tərəfindən zorlanan 13 yaşlı Hilal ailəsinin təkidi ilə həmin oğlana ərə gedib.

Milli.Az publika.az-a istinadən bildirir ki, yeniyetmənin həbsə düşməsini istəməyən ailəsi Hilalı gəlin kimi qəbul edir və rəsmi nikah olmadan İ.A-nı onunla evləndirilər. Lakin 1 ay sonra Hilalın cəsədi ürəyindən aldğı güllə yarası ilə otağında tapılır.

Hər kəs 13 yaşlı qızın intihar etdiyini düşünür. Lakin Hilalı öldürən tapançanın İ.A.-nın atası Rahmiyə aid olduğu bəlli olduqdan sonra işə polis qarışır. Həbs edilən 59 yaşlı Rahmi 13 yaşlı gəlinini oğlunu aldatdığı üçün öldürdüyünü iddia edib.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar