Dava etdilər və bıçaqlandılar

15-03-2015, 22:59   
Dava etdilər və bıçaqlandılar
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Şəhər sakini 18 yaşlı Rüstəm Sadıqov həmyerlisi Şirxan Abdullayevlə mübahisəyə edib. Uzun sürən mübahisədən sonra tərəflər bir birlərinə biçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisədən sonra hər iki şəxs ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Sadıqovun vəziyyətini orta ağır, Abdullayevin səhhətini isə nisbətən ağır kimi qiymətləndirir.

Faktla Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.