Ona 9 bıçaq zərbəsi vurub və boğazı kəsilib
Martın 14-də Bakının Səbail rayonu, İçərişəhər ərazisində Firdovsi küçəsi 5 ünvanında yerləşən mənzildə üzərində çoxsaylı bıçaq yaraları olan kişi meyiti aşkarlanıb.
İlkin araşdırma zamanı qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilib. Onun 1970-ci il təvəllüdlü Tahir Talıbov olduğu müəyyənləşdirilib.
APA-nın məlumatına görə, bu barədə Vesti.Az-a Səbail rayon polis idarəsindən bildirilib.
Xəbərə görə, T. Talıbovun meyitini mənzilin sahibəsi aşkarlayıb. O, polisə ifadəsində Talıbovun mənzili icarəyə götürdüyünü, ordan ofis kimi istifadə edərək, falçılıqla məşğul olduğunu deyib.
Polis T. Talıbovun boğazının kəsilərək qətlə yetirildiyini, həmçinin ona 9 bıçaq zərbəsi vurulduğunu deyib.
Hadisə yerində cinayətin törədildiyi bıçaq da aşkarlanıb.
Cinayəti törədənin kimliyi hələlik müəyyən edilməyib. Bu istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
**** 21.28
Bakının Səbail rayonunda dəhşətli qətl hadisəsi törədilib.
ANS TV-nin məlumatına görə, hadisə Səbail rayonu, İçərişəhər ərazisində Firdovsi küçəsi 5 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayə götürdüyü ofisdə baxıcılıqla məşğul olan 1970-ci il təvəllüdlü əslən Lerik rayonundan olan Talıbov Mirtahir Ağagül oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Aldığı bıçaq xəsarətləri Mirtahir Talıbovun elə hadisə yerində ölməsinə səbəb olub.
Hadisən törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.