Turistləri gəzdirən avtobus dərəyə yuvarlandı: 51 olü

16-03-2015, 10:52   
Turistləri gəzdirən avtobus dərəyə yuvarlandı: 51 olü

Braziliyanın cənubundakı Sanda Katarina əyalətində turistləri gəzdirən sərnişin avtobusu 400 metrlik uçuruma yuvarlanıb.

Müsavat.com-un məlumatına görə, qəza nəticəsində 51 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır bildirilib. Ölü sayının artacağı istisna edilmir.

Santa Katarina polisindən verilən məlumata görə, qəzaya səbəb əyləcin tutmaması olub və nəticədə sürücü sükana nəzarəti itirib. Ölən və yaralanan turistlərin milliyəti haqqında hələ ki, məlumat verilməyib.

Qeyd edək ki, Braziliyada yol qəzaları tez-tez baş verir. Statistikaya əsasən Braziliyada 2012-ci ildə 45 min, 2013-cü ildə isə 41 min adam yol qəzası nəticəsində ölüb.


Gülnar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar