İŞİD üzvlərinin gülünc görüntüləri yayılıb. Adətən baş kəsmə, binadan adam atma kimi videoları yayılan terror qruplaşmasının üzvləri bu dəfə özləri ələ keçiblər.
ANS PRESS-in məlumatına görə, terror təşkilatının bəzi üzvləri qadın geyimində qaçmaq istərkən tutulublar.
Fotolar sosial şəbəkələrdə yayılıblar.
"Sunday Mirror"nun xəbərinə görə, terrorçular İraqda nəzarət nöqtələrində yaxalanıblar. Onların bəziləri ələ keçməmək üçün hətta makiyaj da edib, qadın alt paltaraları belə geyiniblər.
Bəzi İŞİD-çılar isə bığlarını belə kəsməyiblər. Onlar üzlərini çadralar ilə gizlətməyə çalışsalar da bu onlarda alınmayıb.