İraqın sabiq prezidenti Səddam Hüseynin məqbərəsi dağıdılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror təşkilatı və İraq ordusu arasında baş verən qarşıdurmalar zamanı Tikrit yerlə yeksan olub.
Şəhərə nəzarət uğrunda aparılan mübarizə zamanı məqbərinin yalnız sütunları qalıb. Məqbərədə Səddam Hüseynin asılmış şəkli və plakatlar çıxarılıb.
Onların yerinə şiə liderlərinin fotoları və bayraqları asılıb.