Amerikada qadın gözlənilmədən ana olub. ANS PRESS-in məlumatına görə, 24 yaşlı amerikalı Brittani Yanq hamiləliyindən xəbərsiz olub.
Maraqlısı odur ki, Yanq hamam otağında övladını dünyaya gətirib. Qadın qarın nayihəsindəki güclü ağrılardan xilas olmaq üçün duş qəbul etmək istəyib.
"Mən ağrıları azaltmaq üçün hamama getdim. Orada yüngülcə qarnımın üzərindən basdım. Birdə gördüm ki, yerdə körpə gözlərini açaraq mənə baxır. Heç ağlamırdı da. Mən şokda idim. Bir necə dəqiqiə sonra özümə gəldim və dünyaya uşaq gətirdiyimi dərk etdim".
Qadının evdəki rəfiqəsi dərhal tibb işçilərinə məluat verib. Dərhal xəstəxanaya gətirilən ana və körpə tamamilə sağlam olub.
Xəbərsiz ailəsinə sevinc bəxş edən qıza Mirakl adı verilib. Bu isə tərcümədə Möcüzə deməkdir.
Mənbə
ANS PRESS