Nemtsovun qətlində şübhəli bilinənlərin ittihamları dəyişdirilib

16-03-2015, 14:45   
Nemtsovun qətlində şübhəli bilinənlərin ittihamları dəyişdirilib
Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətli ilə bağlı şübhəli bilinərək həbs olunan şəxslərə qarşı irəli sürülən cinayət maddələrinin bəndləri dəyişdirilib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, öncədən Rusiya Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə (qabaqcadan əlbir olaraq tamah məqsədilə qəsdən adam öldürmə” cinayətində təqsirli bilinən şəxslər müvafiq maddənin digər bəndi ilə (dini, irqi, milli nifrət zəminində qabaqcadan əlbir olaraq qəsdən adam öldürmə) ittiham olunublar.

Fevralın 27-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilən Boris Nemtsovun qətlində Zaur Dadayev, Həmzət Baxayev, Tamerlan Əsgərxanov və Qubaşev qardaşları təqsirli bilinirlər.
Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar