Putin özü xəstəliyindən danışdı - Foto

16-03-2015, 15:25   

Rusiya prezidenti Vladimir Putin səhhəti barədə yayılan şayiələrə aydınlıq gətirib. "Dedi qodusuz maraqsız olur", - deyə Putin bildirib.

ANS PRESS-in məlumatına görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambeyovla görüşündə Rusiya prezidenti deyib.

Qırğızıstanın dövlət başçısı da Putin barədə yayılan xəbərlərdən danışıb. O, deyib ki, V.Putin nəinki gəzir, o hətta sükan arxasında maşın qovur.

Xatırladaq ki, Rusiya lideri martın 5-dən ictimaiyyət arasında görünmürdü. Bu isə onun səhhətində problemlər yaranması barədə xəbərlərin yayılmasına səbəb olmuşdu.



Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar