Kriminal avtoritetin oğlu məhkəmə qarşısına çıxarıldı

16-03-2015, 18:08   
Kriminal avtoritetin oğlu məhkəmə qarşısına çıxarıldı
Türkiyənin məşhur avtoriteti Sədat Şahinin dəstəsinin üzvləri və oğlu məhkəmə qarşısına çıxarılıb.

Müsavat.com-un məlumatına görə, Sədat Şahinin dəstəsinə qarşı keçirilən əməliyyatda 19 nəfər saxlanılmışdı. Saxlanılanlardan 11-i məhkəmə qarşısına çıxarılıb. Onlardan 3-ü qanunsuz silah gəzdirmə və cinayət törətmək məqsədiylə dəstəyə üzv olmaq maddəsi ilə günahlandırılaraq həbs edilib.

Məhkəmə qarşısına çıxarılanlan Ərkan Şahin Sədat Şahinin oğlu olduğunu bildirib. O deyib: “Ali təhsilli insanam. Atam məni qanunsuz işlərdən uzaq saxlayıb. Səhhətimdə problemlər var, müalicə olunuram. Heç evdən də çıxmıram. Öldürülən Vədat Şahin əmimdir. Başsağlığı vermək üçün evimizə çox adam gəlib-gedib. Hər hansı bir qanunsuz iş görüldüyünə dair məlumatsızam”.

Məhkəmə dəstə üzvləri Mustafa T.G, Serkan D. ve Volkan A. haqqında həbs qərarı verib. Məşhur kriminal avtoritet Sədat Şahin isə axtarışdadır.

Qeyd edək ki, bir müddət əvvəl kriminal avtoritet Sədat Şahinin qardaşı Vədat Şahin İstanbulda küçənin ortasında güllələnmişdi.


Gülnar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar